AZ

Ötən il ixrac olunan neft koksunun dəyəri 4 dəfəyə yaxın artıb

Bakı, 21 yanvar, AZƏRTAC

2025-ci ildə ölkədən neft koksunun ixracı 3,4 faiz artaraq 217 milyon 244,5 min ton təşkil edib.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ixrac edilən məhsulun dəyəri isə 3,8 dəfə artaraq 68 milyon 744,3 min dollar olub.

Xatırladaq ki, 2024-cü ildə Azərbaycandan 210 milyon 13,3 min ton və ya 18 milyon 45,6 min dollar dəyərində neft koksu ixrac edilib.

Seçilən
68
1
azertag.az

2Mənbələr