AZ

Azərbaycanın xarici ticarət dövriyyəsi 4%-ə yaxın artıb

Bakı. Trend:

2025-ci ildə Azərbaycan xarici ölkələrlə 49,423 milyard ABŞdolları dəyərində ticarət əməliyyatı aparıb.

Trend DövlətGömrük Komitəsinə istinadən xəbər verir ki, bu, əvvəlki ilənisbətən 1,810 milyard dollar və ya 3,8% çoxdur.

Xarici ticarət dövriyyəsinin 25,043 milyard ABŞ dolları ixracın,24,380 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildəixrac 1,5 milyard dollar və ya 5,7% azalıb, idxal isə 3,322 milyarddollar və ya 15,8% artıb.

Yekunda xarici ticarətdə 663 milyon dollarlıq müsbət saldoyaranıb ki, bu da illik müqayisədə 4,833 milyard dollar və ya 8,3dəfə azdır.

Məqalədə:
Seçilən
84
2
az.trend.az

3Mənbələr