Bakıda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
NOCOMMENT.az -ın məlumatına görə, hadisə ötən gecə Yasamal rayonu ərazisində, Kənar dairəvi yolda qeydə alınıb.
İlkin məlumata görə, yolun buz bağlaması səbəbindən sürücünün idarəetməsindən çıxan bir TIR dəmir arakəsməyə çırpılıb. İki minik maşını isə sürüşərək toqquşublar. Avtomobillərə ciddi ziyan dəyib.
Nəticədə ərazidə hərəkətdə qismən çətinlik yaranıb.
Xəsarət alanların olmadığı bildirilir.