AZ

Elmar Baxşıyev: "Həm "Qarabağ", həm də "Ayntraxt" hücum futboluna üstünlük verəcəklər"

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VII turunda bu gün Bakıda üz-üzə gələcək "Qarabağ" və "Ayntraxt" (Frankfurt, Almaniya) komandaları hücum futboluna üstünlük verəcəklər.

Bunu "Far.Az"a açıqlamasında "Araz-Naxçıvan"ın sabiq baş məşqçisi Elmar Baxşıyev deyib.

Mütəxəssis şansları dəyərləndirib:

"Qarabağ" evdə oynadığı üçün şansların bərabər olduğunu düşünürəm. UEFA Çempionlar Liqasında hər komanda müydandan qalib ayrılmaq gücündədir. Bunu oyunlar da göstərir. Hər iki komanda üçün vacib görüş olduğuna görə hücum futboluna üstünlük verəcəklər. "Qarabağ" qələbə qazansa, yaxşı fürsət əldə etmiş olacaq".

Qeyd edək ki, "Qarabağ" - "Ayntraxt" matçı Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.

Seçilən
27
2
far.az

3Mənbələr