AZ

“Cənnət Park”da böyük BOYKOT — Sakinlər kütləvi şəkildə evlərindən ÇIXIR – VİDEO

“Cənnət Park” yaşayış kompleksinin 10 və 11-ci bina sakinləri boykot edərək evlərini tərk ediblər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə onlar sosial şəbəkədə paylaşım ediblər.

Boykot səbəbi olaraq binanız qazlaşdırılmamasıdır:

Sakinlər qeyd edib:

“Evlərimizdən didərgin düşmüşük. Oranı boykot edirik. Səbəb isə 2 il bundan qabaq təhvil verilən binanın hələ də qazla təmin olunmamasıdır.

Bu binalarda yaşayanların əksəriyyəti cavan ailələrdir, hansılar ki, evlərində körpə uşaqları var. Amma nə çarə. Evi qızdırmaq mümkün deyil”.

“Halbuki, müqavilədə də göstərilib ki, bina təhvil veriləndə qaz, işıq və su ilə tam təmin olunub təhvil verilməlidir. Buna baxmayaraq biz “Cənnət Park” yaşayış kompleksi rəhbərliyinə müraciət etdikdə bizi borclu çıxarırlar. Oturun gözləyin, nə vaxt hazır olsa o zaman qaz veriləcək. Və s. “təhqiramiz” ifadələrlə bizi yola verirlər”, – deyə sakinlər bildirir.

Sara

Seçilən
69
nocomment.az

1Mənbələr