AZ

“Range Rover” təhlükəli manevr edən sürücü həbs olundu

Bakı. Trend:

Baş Dövlət Yol Polisi İdarəsinin 11-ci taqımının əməkdaşlarıtərəfindən Ələt–Astara avtomobil yolunun 143-cü kilometrindəhərəkət zamanı qayda pozuntularına yol verən “Range Rover” markalı,90-YC-977 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsisaxlanılıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumatverilib.

Bildirilib ki, məsuliyyətdən yayınmaq məqsədilə təhlükəlimanevrlər edən sürücünün hərəkətlərinin qarşısı alınaraqqanunvericiliyə uyğun tədbirlər görülüb.

Araşdırmalarla sürücü Əli Rəsulovun nəqliyyat vasitəsininarkotik vasitənin təsiri altında, sərxoş vəziyyətdə idarə etməsimüəyyən edilib. Faktla bağlı toplanmış materiallar baxılması üçünaidiyyəti üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı iləƏ.Rəsulov inzibati qaydada həbs edilib.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha bildirir ki, yol hərəkətiqaydalarını kobud şəkildə pozan, digər hərəkət iştirakçılarınınhəyat və sağlamlığı üçün təhlükə yaradan sürücülərlə bağlıqanunvericiliyin tələblərinə uyğun qətiyyətli tədbirlər görülür vəbu istiqamətdə nəzarət davam etdirilir.

Unutmayaq ki, yollar ictimai məsuliyyət məkanıdır. Polisxidmətinin əsas məqsədi cəzalandırmaq deyil, vətəndaşların həyat vəsağlamlığını qorumaq, yol hərəkətinin təhlükəsizliyini təmin etməkvə hər kəs üçün etibarlı yol mühiti yaratmaqdır.

Seçilən
98
36
az.trend.az

10Mənbələr