AZ

Qızılın qiyməti ilk dəfə 4 880 dolları ötüb

Dünya bazarlarında qızılın qiyməti bir troya unsiyası üçün 4 880 ABŞ dollarını ötüb.

Ölkə.az "Report"a istinadən xəbər verir ki, bunu ticarət məlumatları təsdiq edir.

Kotirovkalar geosiyasi qeyri-müəyyənliyə və qlobal ticarət münasibətləri ətrafında mövcud olan narahatlıqlara reaksiya verir.

Nyu-Yorkun "Comex" birjasında fevral ayı üçün qızıl fyuçerslərinin qiyməti əvvəlki bağlanışa nisbətən 114,59 ABŞ dolları və ya 2,41 % artaraq bir troya unsiyası üçün 4 881,19 ABŞ dollarına yüksəlib.

Eyni zamanda, mart ayı üçün gümüş fyuçerslərinin qiyməti 0,17 % artaraq bir unsiya üçün 94,79 ABŞ dollarına çatıb.

Qlobal geosiyasi vəziyyətin qeyri-sabitliyi və qlobal ticarət ilə bağlı narahatlıqlar etibarlı aktiv kimi qızılın bahalaşmasına təsir edən əsas amillərdən biri olaraq qalır.

Seçilən
45
50
olke.az

10Mənbələr