
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) 11-ci taqımının əməkdaşları tərəfindən Ələt–Astara avtomobil yolunun 143-cü kilometrində hərəkət zamanı qayda pozuntularına yol verən “Range Rover” markalı, 90-YC-977 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi saxlanılıb.
Yeniavaz.comxəbər verir ki, bu barədə BDYPİ məlumat yayıb.
Bildirilib ki, məsuliyyətdən yayınmaq məqsədilə təhlükəli manevrlər edən sürücünün hərəkətlərinin qarşısı alınaraq qanunvericiliyə uyğun tədbirlər görülüb.
“Araşdırmalarla sürücü Əli Rəsulovun nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında, sərxoş vəziyyətdə idarə etməsi müəyyən edilib. Faktla bağlı toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Ə.Rəsulov inzibati qaydada həbs edilib”, - məlumatda deyilir.