Davos. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın21-də Davosda dünyanın IT texnologiyaları üzrə nüfuzluşirkətlərindən biri olan Amerika Birləşmiş Ştatlarının “DellTechnologies” şirkətinin Avropa, Yaxın Şərq və Afrika üzrəprezidenti Adrian Makdonald ilə görüşüb.
Trend xəbərverir ki, söhbət zamanı Azərbaycanda mövcud əlverişli investisiyamühitinin xarici sərmayədarlar üçün də cəlbedici olduğu vurğulandı.“Dell Technologies”in Azərbaycanda fəaliyyəti və bu şirkətiniştirakı ilə ölkəmizdə super kompüter mərkəzinin yaradılması qeydedildi, onun resurslarının süni intellekt və qərar qəbuletməsahələrində tətbiqi ilə bağlı fikir mübadiləsi aparıldı.
Görüşdə, həmçinin IT infrastrukturun qurulması vəmodernləşdirilməsi, şəbəkə avadanlıqları, məlumat mərkəzləri vəbulud infrastrukturu layihələri, o cümlədən qabaqcıl məlumatmərkəzlərinin layihələndirilməsi və tətbiqi ilə bağlı əməkdaşlıqməsələləri müzakirə olundu.