“Aston Villa” ciddi itki ilə üzləşib.
İdmanxeber.az xəbər verir ki, yarımmüdafiəçi Bubakar Kamara dizindən aldığı ağır zədə səbəbindən mövsümü erkən başa vurub.
26 yaşlı futbolçu İngiltərə Kubokunda “Tottenhem”lə oyunda sıradan çıxıb. İlkin proqnozlar müsbət olsa da, son müayinələr onun aylarla meydana çıxa bilməyəcəyini göstərib.
Kamaranın yoxluğu Unai Emerinin komandası üçün Çempionlar Liqası mübarizəsində ciddi itki hesab olunur.