AZ

Deputat: Ağdərə Xüsusi Əməliyyat Mərkəzi önəmli əhəmiyyətə malikdir

BAKI, 21 yanvar. TELEQRAF

"İşğaldan azad edilmiş ərazilərin iqtisadi, sosial sahələrlə həm də müdafiə sahəsində reinteqrasiyası aparılır".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında komitə üzvü Rizvan Nəbiyev deyib.

O qeyd edib ki, Ağdərədə Prezident İlham Əliyevin təməlini qoyduğu Xüsusi Əməliyyat Mərkəzini və orada planlaşdırılan fəaliyyətləri vurğulamaq istərdim: “Belə ki, beynəlxalq hərbi əməkdaşlıq sazişlərindən irəli gələn öhdəliklərin icrası üçün də Ağdərə Xüsusi Əməliyyat Mərkəzi əhəmiyyətə malikdir. Biz Komitə, və Milli Məclis olaraq betəynəlxalq hərbi əməkdaşlıq üçün hüquqi əsasların yaradılmasını təmin edirik. Bu töhfəni müzakirə və sonda ratifikasiya vasitəsilə təmin edirik.”
Deputat həmçinin mina təhlükəsizliyi ilə bağlı digər komitələrlə birgə il ərzində dinləmənin təşkil edilməsini təklif edib.

Seçilən
144
teleqraf.com

1Mənbələr