AZ

Uşaqların səhv buraxmasına imkan vermək lazımdır

ain.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəbər verdiyimiz kimi, dünyaca məşhur keçmiş futbolçu Devid Bekhemlə həyat yoldaşı, modelyer Viktoriya Bekhemin oğlu Bruklin son açıqlaması ilə gündəm olub.

Axşam.az-ın məlumatına görə, D.Bekhem özü qalmaqal fonunda "CNBC" kanalında yayımlanan "Squawk Box" proqramının qonağı olub. Keçmiş futbolçu uşaqların səhvləri ilə bağlı açıqlama verib:

"Biz həmişə sosial şəbəkələrdən və onların gücündən həm yaxşı, həm də pis tərəflərindən danışmışıq. Bu gün uşaqların əldə edə bildiyi imkanlar bəzən təhlükəli ola bilər. Amma mənim şəxsi təcrübəmə görə, xüsusən də öz uşaqlarımla bağlı gördüyüm odur ki, bundan düzgün məqsədlər üçün də istifadə etmək olar. Mən platformamdan və izləyicilərimdən UNICEF ("Birləşmiş Millətlər Təşkilatın Uşaq Fondu") üçün istifadə edə bildim. Bu isə dünyada uşaqların başına gələnlərlə bağlı insanları məlumatlandırmaq üçün ən yaxşı vasitə oldu".

O vurğulayıb ki, övladlarının səhv etməsi təbiidir. Onun fikrincə, buna icazə verilməlidir, çünki məhz bu yolla onlar yeni təcrübə qazanırlar

 Maraqlıdır ki, bu açıqlama futbolçunun böyük oğlunun valideynlərindən açıq şəkildə imtina etməsi ilə bağlı qalmaqallı bəyanatından sonra səslənib. Lakin Devid Bekhem ailədaxili münaqişəni birbaşa şərh etməkdən imtina edib.

"Onlar səhv edirlər, amma uşaqlara səhv etməyə icazə verilməlidir. Onlar bu yolla öyrənirlər. Mən də övladlarıma məhz bunu öyrətməyə çalışıram. Bəzən onların bu səhvləri etməsinə imkan vermək lazımdır" deyə, o, fikirlərini tamamlayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
81
axsam.az

1Mənbələr