Xəbər verdiyimiz kimi, ötən gün axşam saatlarında Bakıda yağan qar Tofiq Bəhramov adına Respublika Stadionunu da bürüyüb.
QOL.az-ın məlumatına görə, hazırda arenanın meydanı qardan təmizlənir.
Bu gün sözügedən stadionda UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turu çərçivəsində “Qarabağ” - “Ayntraxt” matçı keçirilməlidir. Oyunun yerli vaxtla saat 21:45-də başlaması nəzərdə tutulub.