AZ

“Davos Forumu kollektiv Qərbin son mərhələsidir” ŞƏRH

ain.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Davos Forumunun əsas mövzusu Qərbin gələcəyi və taleyidir. Şəxsi qənaətimə görə, bu Davos Forumu sonuncu ola bilər. Çünki kollektiv Qərb və qlobalist elita tarixi mərhələsini başa vurmaq üzrədir”.

Bu fikirləri Gununsesi.info-ya açıqlamasında siyasi analitik Asif Şəfəqqətov deyib.

“Forum çərçivəsində Belçikanın baş naziri Bart de Veverin çıxışı xüsusilə diqqət çəkdi. O, Avropa dövlətlərinin II Dünya müharibəsindən sonra formalaşmış statusunu ilk dəfə bu qədər açıq və sərt ifadələrlə etiraf etdi.

Bart de Vever bildirib ki, Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmaq düzgün yanaşma ola bilər və Avropa bu məsələdə indiyədək sadəlövh davranıb. Onun sözlərinə görə, artıq “ayılmaq vaxtıdır”, əks halda ABŞ-ın sabiq prezidenti Donald Tramp Avropa ilə istədiyi kimi davrana bilər”,-deyə Asif Şəfəqqətov əlavə edib.

O əlavə edib ki, baş nazirin “Xoşbəxt vassal olmaq bir şeydir, bədbəxt kölə olmaq isə tam başqa bir şeydir” ifadəsi Avropa ölkələrinin bu günədək ABŞ-ın vassalı olmaqdan məmnun olduqlarını açıq şəkildə ortaya qoyur:

“Lakin o, eyni zamanda etiraf edir ki, mövcud geosiyasi şəraitdə ABŞ üçün Avropanın vassal yox, birbaşa tabe – yəni “kölə” statusunda olması arzuolunandır ki, bu da Avropa üçün ciddi risklər və bədbəxtlik vəd edir”.

Qeyd edək ki, İsveçrənin Davos şəhərində 130 ölkədən təxminən 3000 nəfərin qatıldığı 56-cı Dünya İqtisadi Forumu işə başlayıb. 

Şəbnəm

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
icma.az

1Mənbələr