AZ

Türkiyə Səfirliyinə hücum: 2 nəfər saxlanılıb

Berlin-Tiergarten bölgəsində Türkiyə Cümhuriyyətinin Səfirliyinin divarı gecə saatlarında bir qrup tərəfindən boyanıb.

"Cebheinfo.az" xəbər verir ki, hadisə ilə bağlı polis 19 və 20 yaşlarında olan iki nəfəri saxlayıb.

Əldə edilən məlumatlara görə, təxminən 40 nəfərlik qrup Səfirliyin divarını qırmızı boya ilə boyayıb, binanın önündəki səkiyə isə ağ boya ilə şüarlar yazıblar.

Qrup, həmçinin yaxınlıqdakı Cənubi Afrika Səfirliyinin divarına da zərər vurub və tüstü bombaları partladıb.

Hadisə yerinə gələn polis qrupları qrupun ərazidən qaçdığını müəyyən edib. Saxlanılan iki nəfər isə ətraf ərazidə yaxalanıb.

Hadisə ilə bağlı təhqiqat Berlin Əyalət Kriminal İdarəsinə bağlı Polis Dövlət Təhlükəsizlik bölməsi tərəfindən aparılır.

Seçilən
44
1
cebheinfo.az

2Mənbələr