AZ

“Səbail” bu futbolçu ilə müqavilə BAĞLADI

“Səbail” U-21 millimizin sabiq üzvü Qurban Səfərov ilə 6 aylıq müqavilə imzalayıb. 

Bizim.Media xəbər verir ki, daha əvvəl “Mingəçevir”dən ayrılaraq “Karvan-Yevlax”la razılığa gələn futbolçunun transferi reallaşmayıb. 

Tərəflər bütün detallarda anlaşsa da, son anda komandada yeni oyunçu üçün sifariş limitinin dolu olması aydınlaşıb.

PFL-in əsasnaməsinə əsasən, Premyer Liqa klubları mövsüm ərzində maksimum 30 futbolçu sifariş edə bilər və hər hansı oyunçu heyətdən ayrılsa belə, onun yerinə yeni ad əlavə olunmur. Yevlax təmsilçisi bu limiti artıq doldurduğu üçün Səfərovun keçidi baş tutmayıb.

Bizim.Media 

Seçilən
81
bizim.media

1Mənbələr