AZ

AzərbaycanınSülh Şurasında iştirak etməsi isə olduqca əhəmiyyətli strateji qərardır - RƏY

“Sülh Şurası ABŞ tərəfindən müəyyənləşdirilmiş xüsusi bir layihədir. Bu layihə deqradasiyaya uğramış və öz funksionallığını itirmiş bir çox beynəlxalq təşkilatların görə bilmədiyi vəzifələri dünya siyasətində icra etmək üçün nəzərdə tutulub. Azərbaycanın Sülh Şurasında təsisçi dövlət kimi iştirak etməsi ilə bağlı ABŞ-nin dəvət göndərməsi isə yeni dünya nizamına doğru getdikdə keçid mərhələsində Azərbaycana dünya siyasətinin formalaşdırılması və yaradılmasında iştirakçılıqla bağlı dəvət kimi dəyərləndirilə bilər. Azərbaycan da bu dəvəti qəbul edib. Dolayısı ilə Azərbaycan yeni yaranan və gələcəkdə daha çox institutlaşmalı olan Sülh Şurasında təsisçi dövlət statusunda iştirak edəcək”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

 

Deputat bildirib ki, Azərbaycanın Sülh Şurasında təsisçi dövlət statusunda iştirak etməsi iki mühüm məsələ ilə şərtlənir: “Birincisi, Azərbaycanın yeni dünya nizamı kontekstində dünyanın yenidən idarə olunması prosesində iştirakçılığı. Bu, dövlətimizin nüfuzudur. İkincisi, Azərbaycan Prezidentinin şəxsi təşəbbüskarlığı və liderlik keyfiyyətlərinin nəzərə alınması. Çünki Azərbaycan bu vaxta qədər özü sülh üçün böyük addımlar atıb, çox mürəkkəb bir regionda sülh yaratmağı bacarıb. Yəni Azərbaycanın dövlət olaraq artıq belə bir təcrübəsi var. Bütün bunların müəllifi Prezident İlham Əliyevdir. Məncə, bu, beynəlxalq münasibətlər tarixində böyük bir yenilikdir. Azərbaycanın Sülh Şurasında iştirak etməsi isə olduqca əhəmiyyətli strateji bir qərardır”.

 

Aytəkin Qardaşova

Tarix: 21 Yanvar 2026, 12:09   
Seçilən
93
pravda.az

1Mənbələr