AZ

Azərbaycanlı alim beynəlxalq jurnala xarici redaktor seçilib

Bakı, 21 yanvar, AZƏRTAC

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun direktoru professor Səyyarə İbadullayeva “Web of Science” və “Scopus” elmi bazalarında indekslənən nəşrin (Journal of Herbal Medicine) xüsusi buraxılışına xarici redaktor (VSI – Guest Editor) təyin olunub.

Bu barədə AZƏRTAC-a Botanika İnstitutundan məlumat verilib. Bildirilib ki, Səyyarə İbadullayeva “Təcili yardım üçün botaniki vasitələr” mövzusunda hazırlanacaq nəşrin yüksək elmi səviyyədə hazırlanmasını təşkil edəcək.

Seçilən
85
3
azertag.az

4Mənbələr