Cənubi Koreyanın sabiq baş naziri Han Dok Sun üsyanda əsas fiqurlardan biri kimi iştirak etməkdə və qiyamçıların liderinə sabiq prezident Yun Sok Yola yardım göstərməkdə ittiham olunub.
NOCOMMENT.az TASS-a istinadən xəbər verir ki, birinci instansiya məhkəməsi Cənubi Koreyanın sabiq baş naziri Han Dok Sunu 2024-cü ildə hərbi vəziyyətin elan edilməsi ilə bağlı konstitusiya quruluşuna qarşı üsyan işi üzrə 23 il müddətinə azadlıqdan məhrum edib. Məhkəmə prosesinin yayımını YTN telekanalı həyata keçirib.
İstintaqın versiyasına görə, Han Dok Sun üsyanda əsas rollardan birini oynayıb və qiyamın lideri hesab edilən sabiq prezident Yun Sok Yola fəal şəkildə dəstək göstərib. Prokurorluq onun üçün 15 il həbs cəzası tələb etmişdi.
Xatırladaq ki, 2024-cü ilin dekabrında Yun Sok Yol Konstitusiyanı pozaraq ölkədə hərbi vəziyyət elan etmiş, bunun nəticəsində sonradan vəzifəsindən kənarlaşdırılmışdı. Həmin dövrdə Han Dok Sun baş nazir vəzifəsini tutmuş, daha sonra isə Cənubi Koreya Respublikasının prezidentinin səlahiyyətlərini müvəqqəti icra etmişdi.