AZ

Gündə 60 siqaret keçmişdə qaldı: Mauritsio Sarri siqareti tərgitdiyini AÇIQLADI

Lent az saytından alınan məlumata görə, ain.az bildirir.

"Latsio"nun baş məşqçisi Mauritsio Sarri nəhayət, siqareti tərgitdiyini açıqlayıb.

Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, əvvəllər "Latsio"nun baş məşqçisi etiraf etmişdi ki, asılılığının pik həddə çatdığı dövrdə ildə 20.000-dən çox - gündə 60 siqaret çəkirmiş!

"Gündə 60 siqaret çəkirəm, bu, yəqin ki, həddindən artıqdır. Oyunlar zamanı siqaret çəkməyə o qədər də ehtiyac hiss etmirəm, amma oyunlar bitdikdən dərhal sonra həqiqətən ehtiyac duyuram".

Maraqlıdır ki, futbol dünyası Sarrinin vərdişinə anlayışla yanaşıb. Almaniyada “Leypsiq”lə Avropa Liqasının oyunu keçirilərkən soyunma otağında onun üçün xüsusi siqaret otağı hazırlanıb.

“Çelsi”də vəziyyət çətin olub - siqaret çəkməyə qoyulan sərt qadağa Sarrini təkcə oyunlar zamanı deyil, həm də oyunlardan sonra siqaretsiz qalmağa məcbur edib. “Çelsi” onun üçün “Stemford Bric”də siqaret otağı hazırlayacağına söz verib, lakin italyan digər stadionlarda siqaretdən imtina etməli olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
lent.az

1Mənbələr