AZ

Azərbaycan Güləş Federasiyası yeni layihəyə start verib

Azərbaycan Güləş Federasiyası (AGF) yeni layihəyə start verib.

Bu barədə "Report"a qurumdan məlumat verilib.

Bundan sonra ölkədaxili yarışlardan sonra müxtəlif görüşlərdə qeydə alınmış mübahisəli epizodlara aydınlıq gətiriləcək.

Bu mənada ilk belə yarış 7-11 yanvar aralığında Bakı İdman Sarayında keçirilmiş yunan-Roma və sərbəst güləş üzrə Azərbaycan çempionatı olub. Həmin turnirin baş hakimi Asif Şirəliyev bəzi qarşılaşmalarda qeydə alınmış mübahisəli epizodlara aydınlıq gətirib.

Qeyd edək ki, bu layihənin icrasında məqsəd bu sahədə şəffaflığı təmin etmək, güləş qaydalarıyla bağlı maarifləndirməni artırmaqdan ibarətdir. AGF bu istiqamətdə müxtəlif tədbirləri həyata keçirməyi planlaşdırır.

Azərbaycan Güləş Federasiyası yeni layihəyə start verib
Seçilən
56
11
far.az

10Mənbələr