AZ

Ötən il itkin düşən üzgüçünün meyiti tapıldı

İstanbul boğazında (Bosfor) tapılan meyitin Rusiyadan olan peşəkar üzgüçüyə aid olduğu müəyyən edilib.

“Yeni Sabah” Habertürk-ə istinadən xəbər verir ki, ötən ilin avqustunda keçirilən 37-ci Boğaziçi Qitələrarası Üzgüçülük Yarışı zamanı rusiyalı üzgüçü Nikolay Andreeviç Sveçnikov itkin düşmüşdü.

Rəsmi qurumlar bildirib ki, meyiti tapılmış şəxsin üstündəki üzgüçülük geyimi Nikolay Sveçnikovun üstündəki ilə eynidir.

Xatırladaq ki, 2025-ci ilin avqustunda 81 ölkədən 2 min 820 idmançının iştirak etdiyi yarışda Nikolay Sveçnikovun sahilə çıxa bilmədiyi məlum olmuş, bundan sonra boğaz boyunca genişmiqyaslı sualtı və suüstü axtarışlara başlanılmışdı. Lakin uzun müddət aparılan əməliyyatlar nəticəsiz qalmışdı.

Meyit, kimliyinin və ölüm səbəbinin dəqiq müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizaya göndərilib.

İlhamə Qasımlı


Telegram kanalımız
Seçilən
51
yenisabah.az

1Mənbələr