Bakı. Trend:
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp AzərbaycanRespublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
Trend xəbərverir ki, məktubda qeyd olunub:
"Hörmətli cənab Prezident.
Sizi - Azərbaycan Respublikasının Prezidentini Yaxın Şərqdəsülhü möhkəmləndirmək üçün, eyni zamanda, qlobal münaqişənin həllolunmasına yeni yanaşma üsuluna qədəm qoymaq yolunda son dərəcəmühüm əhəmiyyət daşıyan tarixi və möhtəşəm səyimizə qoşulmağa dəvətetməkdən böyük şərəf duyuram.
Mən 2025-ci il sentyabrın 29-da Qəzza münaqişəsinə son qoymaqüçün əhatəli plan elan etdim. Bu, Ərəb dünyası, İsrail və Avropa dadaxil olmaqla, bütün dünya liderləri və əsas dövlət başçılarıtərəfindən sürətlə qəbul edilən 20 bəndlik fövqəladə yolxəritəsidir. Həmin planın davamı olaraq, noyabrın 17-də BirləşmişMillətlər Təşkilatının Təhlükəsizlik Şurası 2803 saylı qətnaməniböyük səs çoxluğu ilə qəbul edərək, bu baxışı alqışladı vədəstəklədi.
İndi isə artıq bütün bu xəyalları reallığa çevirməyin vaxtıdır.Planın mərkəzində indiyədək formalaşdırılmış ən təsirli və ənnəticəyönlü Sülh Şurası dayanır. Bu Şura yeni beynəlxalq təşkilatvə Keçid İdarəetmə Administrasiyası kimi təsis ediləcək.
Bizim səylərimiz nümunə göstərməyə hazır olan, yeni nəsillərüçün təhlükəsiz və çiçəklənən gələcəyə parlaq şəkildə sərmayəyatıranlara nəsib olan bir şərəfi - daimi sülhün qurulması kiminəcib məsuliyyəti çiyinlərinə götürmək istəyən seçilmiş ölkələrqrupunu bir araya gətirəcəkdir. Yaxın gələcəkdə əksəriyyəti yüksəkhörmətə sahib dünya liderləri olan möhtəşəm və etibarlıtərəfdaşlarımızı bir araya gətirəcəyik.
Şuranın Sədri kimi, Azərbaycan Respublikasını təsisçi üzv dövlətqismində qoşulmağa və Sizin təmsilçiliyinizlə Sülh ŞurasınınNizamnaməsinə tərəf olmağa rəsmi şəkildə dəvət edirəm. Bu Şurabənzərsiz bir qurum olacaq - indiyədək buna oxşar heç bir qurummövcud olmayıb! Hər bir üzv dövlət onun adından iclaslarda iştiraketmək və təmsil olunmaq üçün səlahiyyətli nümayəndə təyin edəbilər. Əlavədə əhatəli plan və hazırda imzalanma və ratifikasiyaüçün açıq olan Şuranın Nizamnaməsi təqdim olunur.
Gələcək illərdə dünyada dayanıqlı sülhün, rifahın və hamı üçünqüdrətin bərqərar olunması məqsədi naminə Sizinlə əməkdaşlıq etməyisəbirsizliklə gözləyirəm".