Almaniyada metro relsdən ÇIXIB
Ajans.az Bild qazetinə istinadən xəbər verir ki, hadisə dünən axşam Bielstedt stansiyasında qeydə alınıb. Məlumata əsasən, yan xəttdə hərəkət edən boş U2 metro qatarı dayanacaq relsinə çırpılıb. Nəticədə qatarın üç vaqonu relsdən çıxıb. Hadisədən dərhal sonra stansiyalar arasında metro hərəkəti dayandırılıb. İlkin versiyaya görə, qatar yan xəttə həddindən artıq yüksək sürətlə daxil olub. Hamburger Abendblatt nəşrinin yazdığına görə, qatarın sürücüsü şok vəziyyətində xəstəxanaya yerləşdirilib. Qatar boş olduğu üçün başqa xəsarət alanlar olmayıb. Bununla yanaşı, Hamburger Morgenpost qəzetinin məlumatına görə, relsdən çıxan vaqonlardan biri qarşıdan gələn digər qatara zərər vurmuş ola bilər. Həmin qatarda 172 sərnişin olub. Sərnişinlər təcili yardım pilləkənləri vasitəsilə təhlükəsiz şəkildə təxliyə edilərək avtobuslarla daşınıb. Bildirilib ki, metro xəttinin bir hissəsi günün sonunadək bağlı qalacaq. Qəzanın dəqiq səbəbləri araşdırılır.