AZ

Media eksperti: Son 10 ildə dezinformasiyanın dünya üçün ciddi riskə çevrilməsi sürətlə artıb

Bakı, 21 yanvar, AZƏRTAC

Hazırda dezinformasiya qarşıda duran risklər arasında ikinci yerdə göstərilir. Əslində, dezinformasiyaların yaranması münaqişələr və savaşlarla sıx bağlıdır, çünki münaqişələrin içində yalan informasiyalar və ictimai rəyin manipulyasiyası da olur.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Mediada İnnovativ Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri, media eksperti Müşfiq Ələsgərli "Dezinformasiya: qlobal miqyasda və Azərbaycan reallığında ən ciddi təhlükə kimi" mövzusunda keçirilən ictimai müzakirədə söyləyib.

O bildirib ki, son 10 ildə dezinformasiyanın dünya üçün ciddi riskə çevrilməsi sürətlə artıb. "Bunun iki əsas səbəbi var. Birincisi, dünyada siyasi aktivliyin və münaqişələrin sayının artmasıdır. Dezinformasiya artıq müharibələrin və hibrid müharibələrin əsas aləti, informasiya savaşının əsas komponentidir. Bu, insanların yanlış məlumatla çaşdırılması və ictimai rəyin manipulyasiyasını təmin edir. Münaqişələr qızışdıqca və rəqabət artdıqca dezinformasiyanın yayılması da daha sürətli olur.

İkinci səbəb isə dezinformasiyanın qarşısının alınmasında gecikmələrdir. Rəqəmsal texnologiyaların sürətlə inkişafı və yeni media alətlərinin artması dezinformasiyanın çox sürətlə yayılmasına imkan yaradır. Bu səbəbdən, hazırda dezinformasiya həm sürətlə yayılan, həm də effektiv qarşısı alınması çətin olan bir fenomendir", - deyə ekspert əlavə edib.

Seçilən
61
1
azertag.az

2Mənbələr