AZ

Milli Məclislə Konqres arasında əlaqələr genişləndiriləcək

Bakı. Trend:

Azərbaycan Milli Məclisi ilə ABŞ Konqresi arasında əlaqələrigenişləndiriləcək.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin Beynəlxalq münasibətlərvə parlamentlərarası əlaqələr komitəsinin 2026-cı il yaz sessiyasıüçün İş Planına daxil edilib.

Belə ki, yaz sessiyasında komitədə 2025-ci il avqustun 8-dəVaşinqtonda tarixi sənədlərin imzalanması ilə Azərbaycan-ABŞmünasibətlərinin yeni mərhələyə yüksəldiyini nəzərə alaraqAzərbaycan Respublikasının Milli Məclisi ilə ABŞ Konqresi arasındaəlaqələrin genişləndirilməsinə dəstək vermək məqsədilə xüsusitədbirlərin keçirilməsi planlaşdırılır.

Komitənin 2026-cı il yaz sessiyası üçün İş Planına həmçininaşağıdakı məsələlər də daxil edilib:

  • Azərbaycanın Asiya Parlament Assambleyası, ATƏT PA, AŞPA(nümayəndə heyətinin qurumda fəaliyyətini dayandırdığını nəzərəalaraq), MDB PA, NATO PA, TÜRKPA, İƏT PA, QDİƏT PA,Parlamentlərarası İttifaq, GUAM PA, Avronest PA təşkilatları iləəməkdaşlığının inkişafının təmin edilməsi məqsədilə həmintəşkilatlarda Milli Məclisin nümayəndə heyətlərinin işinə yardımetmək;
  • Azərbaycan Respublikası Milli Məclisi ilə Avropa İttifaqıəməkdaşlıq komitəsinin əlaqələrinin səmərəli şəkildə fəaliyyəti iləbağlı tövsiyələr vermək;
  • Türk Dövlətləri ilə əlaqələrin əhəmiyyətini nəzərə alaraq və“Bizim ailəmiz türk dünyasıdır” fikrini rəhbər tutaraq TürkDövlətləri Təşkilatına üzv dövlətlərin parlamentləri ilə əlaqələringücləndirilməsi istiqamətində fəaliyyəti genişləndirmək;
  • Azərbaycan Respublikası Milli Məclisinin Qoşulmama HərəkatıParlament Şəbəkəsi və İslam Əməkdaşlığı Təşkilatının Parlamentİttifaqı ilə əməkdaşlığının gücləndirilməsi istiqamətindətövsiyələr vermək.
Seçilən
97
4
az.trend.az

5Mənbələr