AZ

Arif Əsədov: Qarabağ ın rəqibinin psixoloji durumu yerində deyil

sport24.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Qarabağ"ı çətin və vacib oyun gözləyir. Bu matçın uğurlu nəticəsi təmsilçimizi pley-offa daha da yaxınlaşdıracaq. "Qarabağ"ın hazırkı durumu onu göstərir ki, qış fasiləsindən yaxşı formada qayıdıb. Komandada inam hiss olunur". Bu sözləri Sport24.az-a açıqlamasında Arif Əsədov deyib.Təcrübəli mütəxəssis UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün keçiriləcək "Qarabağ" - "Ayntraxt" (Almaniya) oyunu ilə bağlı fikirlərini bölüşüb:"Qış fasiləsindən əvvəl eniş var idi. Hazırkı durum tamam fərqlidir. Zədəli futbolçularda qayıdıb. "Qarabağ" rəqibi məğlub etmə gücündədir. "Ayntraxt"a gəldincə isə, komandada bəzi problemlər var, baş məşqçi istefaya göndərilib, bir neçə oyundur qalib gələ bilmirlər. İstər-istəməz psixoloji durumu yerində deyil. İndiki halı bizim üçün fürsətdir. Unutmaq lazım deyil ki, rəqib Almaniya klubudur. Bu cür komandalar bir oyuna bütün gücünü qoyub, toparlana bilirlər. Onların da şansı var. Hava şəraitini də nəzərə alsaq, üstünlük "Ayntraxt"dadır. Onlar bu havada daha çox matç keçiriliblər".Qeyd edək ki, bu gün keçiriləcək "Qarabağ" - "Ayntraxt" matçı saat 21:45-də start götürəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
sport24.az

1Mənbələr