AZ

Qənaət naminə istiliyi söndürdü, mənzilini buzBAĞLADI

Kanadanın Kvebek əyalətinin Trua-Rivyer şəhərində bir mənzil sahibi evinin “buz sarayına” çevrildiyini görüb. Buna səbəb kirayəçinin evdə olmadığı müddətdə qənaət etmək məqsədilə istilik sistemini tamamilə söndürməsi olub.

Redaktor.az xəbər verir ki, bu barədə "Oddity Central" nəşri məlumat yayıb.

Mənzilin sahibi Jak No bildirib ki, evi yoxlayarkən divarların, tavanların, mebellərin və məişət texnikasının qalın buz qatı ilə örtüldüyünü görüb. Döşəmədə isə təxminən 30 santimetr qalınlığında donmuş su təbəqəsi yaranıb. Məlum olub ki, güclü soyuq səbəbindən su boruları partlayıb və nəticədə ciddi ziyan dəyib.

“Məhsullar bahalaşır, həyat xərcləri artır. İnsanlar pula qənaət etməyə çalışırlar. Evdə olmadıqları zaman düşünürlər ki, istilik vacib deyil”, – deyə Jak No bildirib.

Onun sözlərinə görə, su divar və tavan aralarına keçib ki, bu da gələcəkdə kif və göbələk yaranması riskini artırır. Yaxın günlərdə mənzilin qurudulması və sığorta çərçivəsində bərpa işlərinə başlanılacaq.

“Su hər yerdədir, tavanlarda, divarlarda. Nəticələri aradan qaldırmalı və evi bərpa etməliyik”, – deyə ev sahibi əlavə edib.

Qeyd olunur ki, keçmiş kirayəçi yanvarın 5-də rəsmi qaydada evdən çıxarılıb. Hələlik ev sahibinin on minlərlə dollar dəyərində qiymətləndirilən ziyanın bir hissəsinin ödənilməsi üçün məhkəməyə müraciət edib-etməyəcəyi məlum deyil.

Nuriyyə NATİQQIZI

Seçilən
20
redaktor.az

1Mənbələr