Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bunyadov prospektində yerləşən obyektdə baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.
Herbiand.az FHN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, havanın küləkli olması yanğının söndürülməsi işlərini çətinləşdirsə də, ərazinin bütün perimetri boyu yanğına fəal müdaxilələr edilir. Yanğının söndürülməsi üçün əraziyə FHN-in kifayət qədər texnika və canlı qüvvəsi cəlb olunub.
Mühafizə və təhlükəsizliyi təmin etmək üçün əraziyə polis qüvvələri də cəlb olunub.
Əlavə məlumat veriləcək.

