
İran Silahlı Qüvvələri Amerika Birləşmiş Ştatları rəhbərliyinə xəbərdarlıq edib.
Mətbuat katibi general Əbülfəzl Şikarçi bildirib ki, əgər dini lider Əli Xamenei istənilən hücuma məruz qalarsa, bunun cavabını sərt şəkildə verəcəklər.
“Tramp bilir ki, əgər liderimizə hücum etməyə əl atarsa, biz təkcə o əli kəsməyəcək, onların dünyasını yandıracağıq. Onlar üçün təhlükəsiz yer saxlamayacağıq” – deyə Şikarçi qeyd edib.
Tramp daha əvvəl “Politco”ya müsahibəsində Xameneini ölkəni düzgün idarə etməməkdə günahlandırıb və İranda yeni rəhbərliyə ehtiyac olduğunu deyib.
Xatırladaq ki, bir neçə gün əvvəl İranda rəhbərliyə qarşı keçirilən etiraz aksiyaları və qarşıdurmalar fonunda Tramp İrana müdaxilə edəcəklərinə dair xəbərdarlıq etmişdi.
Hökumət hazırda aksiyaları yatırmağa nail olub. Qarşıdurmalarda 4 mindən çox insanın öldüyü iddia olunur.
Tramp İran rəhbərliyi qarşısında iki qırmızı xətt müəyyən edib: birincisi etirazçıların öldürülməsi, ikincisi Tehranın kütləvi edamları.
Ağ Ev lideri edam qərarları icra olunacağı təqdirdə bunun İran üçün çox pis gün olacağını bəyan edib.
Bu arada, ABŞ Hərbi Dəniz Qüvvələrinə aid “Abraham Lincoln” aviadaşıyıcısı Malakka boğazından Qərb istiqamətində yola düşüb. Lakin istiqamət Yaxın Şərq göstərilməyib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta