AZ

İranda etirazçılara atəş açmayan hərbçi edam ediləcək

Axar.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İran məhkməsi İsfahan şəhərində keçirilən aksiyalarda etirazçılara atəş açmaq əmrinə tabe olmadığına görə Cavid Xalis adlı əsgəri edama məhkum edib.

Axar.az xəbər verir ki, bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.

Bildirilib ki, atəş açmaq əmrindən imtina edən hərbçi həbs edilərək təcridxanaya köçürülüb və qısa müddət ərzində barəsində ölüm hökmü çıxarılıb.

Ona qarşı konkret hansı ittihamın irəli sürüldüyü barədə hələlik məlumat əldə etmək mümkün olmayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
22
1
axar.az

2Mənbələr