Mövsümün ikinci hissəsinə hazırlığı davam etdirən "Səbail" növbəti yoxlama oyununa çıxacaq.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Adil Şükürovun baş məşqçisi olduğu I Liqa təmsilçisi sabah II Liqanın ldieri "Qaradağ Lökbatan" ilə qüvvəsini sınayacaq.
Oyun "ASCO Arena"da baş tutacaq və saat 13.00-da başlayacaq.
"Səbail" təlim-məşq toplanışındakı ilk yoxlama oyununda U-21 millisinə 0:1 hesabı ilə uduzub.
Qeyd edək ki, "Səbail" 12 turdan sonra 22 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Hazırda 39 xalı olan "Qaradağ Lökbatan" isə 2-ci yerdəki "Xankəndi"ni əlavə göstəricilərə görə qabaqlayır.
Mirağa