AZ

Daha bir gəmi ABŞ hərbçiləri tərəfindən saxlanıldı

Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ ordusu Karib dənizi sahillərində neft daşıyan daha bir gəmiyə basqın təşkil edərək, bölgədəki blokada çərçivəsində ümumilikdə 7-ci neft tankerinə “əl qoyub”.

"Cebheinfo.az" xəbər verir ki, ABŞ Cənub Sahə Komandanlığının (SOUTHCOM) sosial media hesabından Karib bölgəsində keçirilən əməliyyatla bağlı açıqlama verilib. 

Açıqlamada ABŞ qüvvələrinin "Sagitta" adlı tankeri "problemsiz" şəkildə ələ keçirdiyi bildirilib.

Tankerin ABŞ Prezidenti Donald Trampın Kariblərdə sanksiya tətbiq edilən gəmilərə qarşı blokadasına məhəl qoymayaraq fəaliyyət göstərdiyi iddia edilən açıqlamada, gəminin suda hərəkət halındakı görüntülərinə də yer verilib.

"Sagitta" tankeri Venesueladan neft daşıdığı əsası ilə əl qoyulan 7-ci neft tankeri olub.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
1
cebheinfo.az

2Mənbələr