Venesuela prezidenti Nikolas Maduronu ələ keçirmək əməliyyatının uğurlu olması ABŞ prezidenti Donald Trampı daha cəsarətli xarici siyasət ambisiyalarına, o cümlədən Qrenlandiyaya iddia etməyə sövq edib.
Herbiand.az bildirir ki, bu barədə The Wall Street Journal (WSJ) mənbələrə istinadən məlumat verib.
Nəşr qeyd edir ki, beynəlxalq hüququn pozulması ilə bağlı tənqidlərə baxmayaraq, Tramp Maduronun devrilməsini əhəmiyyətli xarici siyasət qələbəsi kimi qiymətləndirib. Bu, onun qlobal səhnədə sərt və qeyri-standart həllərin effektivliyinə inamını gücləndirib.
Bəxtiyar CƏFƏRLİ