AZ

“Real”ın argentinalı yarımmüdafiəçisi: “Mən Messi deyiləm və heç vaxt da olmayacağam”

“Real”ın(Madrid) yarımmüdafiəçisi Franko Mastantuono ünvanına səsləndirilən tənqidlərə münasibət bildirib.

İdman.Biz xəbər verir ki, futbolçunun fikirlərini İspaniya KİV-i dərc edib.

Argentina millisinin üzvü Çempionlar Liqasının ümumi mərhələsinin 7-ci turunda “Monako” ilə oyunda (6:1) fərqlənib.

“Bunu başa düşürəm. Uşaqlıqdan həm bəxtim gətirib, həm də gətirməyib ki, haqqımda daim danışılıb. Məni yeni Messi də adlandıra bilərdilər, “Real” tarixində fəlakət və ya ən uğursuz transfer də. Mən özümü Messi hesab etmirəm və heç vaxt da olmayacağam, amma eyni zamanda “Real”ın tarixində ən uğursuz transfer olduğuma da inanmıram.

Yaxşı formada olmaq və özümün ən yaxşı versiyası olmaq üçün səylə çalışıram. Aqressiv tənqidlər ağrılı olur, amma biz futbol elitasındayıq, burada sistem belə işləyir”, - F. Mastantuono bildirib.

İdman.Biz
Məqalədə:
Seçilən
34
1
idman.biz

2Mənbələr