UEFA Çempionlar Liqasının 7-ci turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Ayntraxt" oyununa satılan biletlərin sayı açıqlanıb.
Publika.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matça indiyədək 26500 bilet satılıb. Bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, bu gün keçiriləcək "Qarabağ" - "Ayntraxt Frankfurt" oyunu saat 21:45-də start götürəcək.