AZ

Azərbaycandan avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar artıb

Bakı.Trend:

2025-ci ildə Azərbaycandan avtomobil nəqliyyatı vasitəsilə13,845 milyard ABŞ dolları dəyərində 6,373 milyon ton beynəlxalqyük daşınıb.

Bu barədə Trend-əDövlət Gömrük Komitəsindən məlumat verilib.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu dəyər ifadəsində1,337 milyard ABŞ dolları və ya 10,7% , həcm baxımından isə 457 minton və ya 7,7% artım deməkdir.

Beləliklə, hesabat dövründə Azərbaycandan avtomobil nəqliyyatıilə 2,52 milyard ABŞ dolları dəyərində 2,708 milyon ton yük ixracolunub . Bu, dəyər baxımından əvvəlki ilin müvafiq dövrü iləmüqayisədə 418 milyon ABŞ dolları və ya 19,9% , həcm baxımından isə385 min ton və ya 16,6% çoxdur.

Eyni zamanda, 2025-ci ildə Azərbaycana avtomobil nəqliyyatı ilə3,664 milyon ton yük idxal olunub ki, bunun da ümumi dəyəri 11,325milyard ABŞ dolları təşkil edib. Bu, öncəki ilin müvafiq dövrü iləmüqayisədə dəyər baxımından 653,4 milyon ABŞ dolları və ya 6,9%çoxdur, həcm baxımından isə 51,1 min ton və ya 1,6% artımdeməkdir.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycanda yük nəqliyyat vasitələriilə 49,423 milyard ABŞ dolları dəyərində ümumilikdə 58,338 milyonton yük daşınıb. Bu, dəyər baxımından əvvəlki ilin müvafiq dövrüilə müqayisədə 1,811 milyard ABŞ dolları və ya 3,8% çox, həcmbaxımından isə 1,369 milyon ton və ya 2,3% azdır.

Hesabat dövründə Azərbaycandan nəqliyyat vasitələri iləümumilikdə 25,043 milyard ABŞ dolları dəyərində 47,595 milyon tonyük ixrac olunub. Bu, dəyər baxımından əvvəlki illə müqayisədə 42milyon ABŞ dolları və ya 0,9% az, həcm baxımından isə 1,511 milyonton və ya 5,7% azdır.

Məqalədə:
Seçilən
91
1
az.trend.az

3Mənbələr