AZ

Türkiyə bayrağına qarşı təxribat xarakterli hücumla əlaqədar 14 nəfər saxlanılıb

Türkiyə Ədliyyə naziri Yılmaz Tunç Türkiyə bayrağına edilən hücumla bağlı istintaqın davam etdiyini bildirib və əlavə edib ki, "bayrağımıza edilən təxribatçı hücumla əlaqədar 14 nəfər saxlanılıb".

Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, Türkiyənin ədliyyə naziri Yılmaz Tunç AK Partiyanın parlament qrup iclasında iştirak edib. İclasdan əvvəl nazir Tunç mətbuata açıqlamalar verib.

Əlavə məlumat daha sonra veriləcək...

Xatırladaq ki, yanvarın 20-də Mardin vilayətinin Nusaybin rayonunda bir qrup şəxs sərhəddəki Türkiyə bayrağını endirib. Hadisə Suriya tərəfdəki vəziyyətə etiraz məqsədilə keçirilən nümayişdən sonra baş verib.

DEM Partiyanın bu həftəki qrup toplantısı Türkiyə Böyük Millət Məclisi əvəzinə Nusaybin şəhərində təşkil olunub. Toplantıdan sonra bir qrup şəxs PKK terror təşkilatının bayraqları ilə sərhədə doğru yürüşə başlayıb və sərhəddə yerləşdirilmiş Türkiyə bayrağını endirib.

Qrup YPG terror təşkilatını dəstəkləyən şüarlar da səsləndirib.

Sərhədin təhlükəsizliyini təmin edən qüvvələr xəbərdarlıq məqsədilə havaya atəş açaraq təxribatçı qrupdan ərazini tərk etməyi tələb ediblər. Məlumata görə, bundan sonra qrup hadisə yerindən uzaqlaşıb.

QAZİLER.AZ

 

Seçilən
18
qaziler.az

1Mənbələr