Bakıda "Memar Əcəmi" metro stansiyası yaxınlığında yeni KFC filialı açılacaq.
Marja.az xəbər verir ki, yeni filial ilə Azərbaycanda KFC restoranlarının sayı 40-a çatacaq.
Hazırda yeni açılacaq restorana işçilər yığılır.
Yanvarın 1-də Gəncədə KFC restoranı fəaliyyətə başlayıb.
Qeyd edək ki, Azərbaycanda KFC restoranlarını “GFC” MMC idarə edir. 1000 manat nizamnamə kapitalı olan “GFC” MMC-nin qanuni təmsilçisi (direktoru) Məmmədov Zaur Rüstəm oğludur. Şirkətin ünvanı Bakı şəhəri, nəsimi rayonu Kövkəb Xanım Səfərəliyeva küç., 64-ür.