AZ

Kiyev meri sakinləri dərhal paytaxtı tərk etməyə çağırdı

Kiyev meri Vitali Kliçko Britaniyanın The Times qəzetinə verdiyi müsahibədə bildirib ki, Rusiya hərbi hücumları səbəbindən paytaxt humanitar fəlakətin astanasındadır.

Vətəninfo.az xəbər verir ki, Kliçko bildirib ki, Rusiya raketləri Kiyevdəki istilik elektrik stansiyalarından birinə dəymiş və nəticədə şəhərdə kommunal xidmətlər kritik vəziyyətə düşüb. Merin sözlərinə görə, hazırda 5600 yaşayış binası istiliksiz qalıb, su və elektrik enerjisi çatışmazlığı müşahidə olunur.

O, imkanı olan sakinləri dərhal paytaxtı tərk etməyə çağırıb.

Seçilən
117
veteninfo.az

1Mənbələr