AZ

Masallıda 3500 abonentin qazı kəsiləcək

Bakı.Trend:

Masallı rayonu Köhnə Alvadı kəndi ərazisində minik avtomobilininiştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində qazxəttinin zədələnməsi qeydə alınıb.

Trend xəbərverir ki, bu barədə “Azəriqaz”İB məlumat yayıb.

Bildirilib ki, zədələnmiş borunun bərpası ilə əlaqədar olaraqKöhnə Alvadı, Güllütəpə, Tatyanoba, Əmirtürbə, Meşəkənarı, BöyükXocavar, Bambaşı, Yeyənkənd, Abasbəyli kəndləri və Təzə Alvadıkəndinin bir hissəsi daxil olmaqla, ümumilikdə 3500 abonentin qaztəchizatının 21.01.2026-cı il tarixində saat 15:00-dan etibarənişlər yekunlaşanadək müvəqqəti olaraq dayandırılmasıplanlaşdırılır.

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamanızı vətəhlükəsizlik tədbirlərinə ciddi şəkildə riayət etməyinizi xahişedirik.

Məqalədə:
Seçilən
45
12
az.trend.az

10Mənbələr