Böyük Britaniyanın Yeni Model Texnologiya və Mühəndislik İnstitutu (NMITE) dron elmləri üzrə kurs təşkil edəcək.
Herbiand.az bildirir ki, bu barədə The Standard qəzeti yazıb.
Qeyd edilib ki, Britaniya universiteti Ukraynadakı münaqişədən əldə edilən nəticələrə əsaslanaraq ordu tərəfindən maliyyələşdirilən dron əməliyyatları üzrə magistr dərəcəsi təklif edəcək.
Nəşrin məlumatına görə, kurs 2026-cı ilin sentyabr ayında başlayacaq və pilotsuz uçuş aparatları (PUA) sistemlərinin dizaynı, yığılması və sınaqdan keçirilməsinə yönələcək. Böyük Britaniya Müdafiə Nazirliyi kursa 240.000 funt sterlinq investisiya ayıracaq. Kursda 15 mülki şəxs və beşə qədər hərbi qulluqçu iştirak edəcək.
Bəxtiyar CƏFƏRLİ