AZ

"Prezidentin bu ifadəsi Azərbaycan modelində qurulan təhlükəsizlik zolağının təbliğatıdır" - Millt vəkili

Prezident İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak edir. İsveçrəyə səfər zamanı bir sıra görüşlər keçirilib və dövlət başçısı “Euronews” televiziyasına müsahibə verib. Prezident qeyd edib ki, Azərbaycan da daxil olmaqla hər bir ölkə sərhədləri boyu sabitlik haqqında düşünməlidir.

Redaktor.az-a danışan Milli Məclisin komitə sədri, deputat Fazil Mustafa vurğuladı ki, dünyanın həm dövlət başçıları, həm də iqtisadi sferada böyük gücə sahib olan şirkətlərin nümayəndələri burada yer alırlar:

"Burada münasibətlərin qurulması, əməkdaşlığın davam etməsi kimi məsələlər müzakirə olunur. Ölkə prezidenti təkcə dövlət başçıları ilə, onların ayrı-ayrı nümayəndələri ilə görüşmür, həm də şirkətlərin nümayəndələri ilə də görüşür. Azərbaycana investisiya cəlb olunması istiqamətində xeyli təşəbbüslər ortaya qoyur. Azərbaycanın önəmi ilə bağlı onlara müəyyən perspektivlərin anladılması üçün işlər görür. Bunlar hamısı məhz həmin forumun böyük əhəmiyyətini bir daha göstərir. Bu məsələdə əslində prezidentin bu konsepsiyası Azərbaycan faktorunda daha çox üzə çıxır".

CROSSMEDIA

Milllət vəkili ölkə başçısının müsahibəsindən də danışdı:

"Hər bir ölkə öz sabitliyini, sərhədlərin qorunmasını təmin etməlidir. Çünki ən böyük təhdid məhz buradan başlayır. Ona görə də prezidentin bu ifadəsi əslində Azərbaycan modelində qurulan təhlükəsizlik zolağının təbliğatıdır. Məncə, bu kimi məsələlərdə Davos Ümumdünya İqtisadi Forumundan bəlkə də ən yüksək səviyyədə ölkəmizin faydası üçün cənab prezident istifadə edir və davam edən görüşlərin də bütün məzmunu ilə tanış olanda bunu bir daha təsdiq etmək mümkündür".

Aytəkin TOFİQQIZI

Seçilən
108
1
redaktor.az

2Mənbələr