Stomatoloq Joao Pisinininin sözlərinə görə, ağız sağlamlığının qorunması düzgün diş məcunundan istifadə etmədən mümkün deyil.
Redaktor.az xəbər verir ki, həkim bu haqda "Terra" nəşri ilə söhbətində danışıb.
Mütəxəssis diş məcunu seçərkən bir neçə vacib məqama diqqət yetirməyi tövsiyə edib.
Pisininin qeyd edib ki, keyfiyyətli diş məcununda fluorun miqdarı ən azı 1100 milyonluq hissə olmalıdır. Bu komponent dişlərin emalını gücləndirir və kariyesin qarşısını alır.
Həkim həmçinin aktivləşdirilmiş kömür tərkibli diş məcunlarından çəkinməyi məsləhət görüb. Elmi tədqiqatlar onların dişləri ağartmaqda effektiv olmadığını göstərib, əksinə, emala zərər verə bilər.
Aşağı və ya yüksək temperaturlara qarşı həssaslıq hissi yaşayan insanlar isə xüsusi həssas dişlər üçün nəzərdə tutulmuş diş məcunlarını seçməlidirlər. Pisininin bu tip məcunların istifadə olunmasının dişlərin sağlamlığı üçün daha faydalı olduğunu vurğulayıb.
Aytəkin TOFİQQIZI