AZ

Sosial siyasət komitəsi yaz sessiyasında 33 məsələyə baxıb

Milli Məclisin Əmək və sosial siyasət komitəsi payız sessiyasında  17 iclas təşkil olunub və 33 məsələ müzakirəyə çıxarılıb. Bunu komitənin sədri Musa Quliyev deyib. 

Quliyev bildirib ki, iclaslarda sosial təminat, əmək münasibətləri və əhalinin həssas qruplarının müdafiəsi ilə bağlı bir sıra mühüm məsələlərə baxılıb.

Onun sözlərinə görə, hesabat dövründə komitəyə 241 sənəd daxil olub. Eyni zamanda, vətəndaşlardan 150 müraciət və ərizə qeydə alınıb və qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti üzrə araşdırılıb.

Komitə sədri vurğulayıb ki, daxil olan müraciətlər əsasən sosial ödənişlər, əmək hüquqları və sosial müdafiə mexanizmləri ilə bağlı olub və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi diqqətdə saxlanılır.

Gülnar Nazimqızı 

Seçilən
135
1
anews.az

2Mənbələr