AZ

Davosda diplomatik fiasko: Makron Tramp üzündən forumu tərk etdi

Fransa prezidenti Emmanuel Makron Davosda keçirilən Dünya İqtisadi Forumunu vaxtından əvvəl tərk edib.

NOCOMMENT.az xəbər verir ki, “Politico” nəşrinin yazdığına görə, buna səbəb Makronun ABŞ prezidenti Donald Trampla ikitərəfli görüş barədə razılıq əldə edə bilməməsi olub.

Məlumata görə, Makron yanvarın 20-də İsveçrənin Davos şəhərini tərk etmək məcburiyyətində qalıb. Halbuki Fransa lideri bundan əvvəl Trampı Parisə rəsmi səfərə dəvət etmiş və şəxsi görüşə ümid edirdi. Lakin ABŞ prezidenti ilə planlaşdırılan təmas baş tutmayıb və tərəflər arasında görüşün vaxtı ilə bağlı razılaşma əldə olunmayıb.

“Politico”nun mənbələri bu hadisəni Paris–Vaşinqton münasibətlərində artan gərginliyin növbəti əlaməti kimi qiymətləndirirlər. Xüsusilə Trampın son dövrlər Avropa liderləri ilə sərt və qeyri-ənənəvi üslubda davranması Makronun diplomatik səylərini çətinləşdirib.

Analitiklərin fikrincə, Davosda görüşün baş tutmaması Makron üçün ciddi imic itkisi kimi dəyərləndirilə bilər. Ekspertlər bildirirlər ki, Fransa prezidenti Tramp administrasiyası ilə dialoqu qorumağa çalışsa da, ABŞ liderinin Qəzza, Qrenlandiya və digər qlobal məsələlərdə sərt mövqeyi Avropa paytaxtlarında narazılığı artırır.

“Politico” yazır ki, Makronun Davosu erkən tərk etməsi həm də Trampın beynəlxalq platformalarda prioritetləri özü müəyyən etdiyini və Avropa liderlərinin təşəbbüslərinə hər zaman cavab vermədiyini göstərir. Bu hadisə ABŞ–Avropa münasibətlərində mövcud olan etimad böhranının daha da dərinləşdiyinə dair növbəti siqnal kimi qiymətləndirilir. (Musavat.com)

Seçilən
6
nocomment.az

1Mənbələr