AZ

Ermənilər Şarl Mişelə qarşı kampaniyaya başladılar

Xəbər verildiyi kimi, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nüfuzlu Şeyx Zayed Fondu 2026-cı il üçün "Zayed İnsan Qardaşlığı Mükafatı"nın qaliblərinin adlarını açıqlayıb. 

Şeyx Zayed Fondu Azərbaycan və Ermənistan liderlərinin “Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş” üzrə əldə olunan razılaşmaya verdikləri töhfəni yüksək qiymətləndirərək, onları “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görüb. 

Fondun açıqlamasında bu addımın Cənubi Qafqazda gərginliyin azaldılması və qarşılıqlı etimadın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.

“Cebheinfo.az” xəbər verir ki, bu xəbər Ermənistanda bəzi dairələrəd ciddi narahatlıq doğurub.

“Nikol Paşinyanın Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olmasına görə 2026-cı il “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görüldüyü məlum olduqda Ermənistan şoka düşdü”. Bunu hüquq müdafiəçisi Edmon Marukyan yazıb.

O qeyd edib ki, Mükafat Komitəsinin  Ermənistana gedən üzvləri arasında "etnik ermənilərin Dağlıq Qarabağda, onun dediyi kimi, təhlükəsizlik və beynəlxalq mexanizmlər tərəfindən təmin edilən hüquqlar şəraitində yaşamalı olduğunu” iddia edən Şarl Mişel də var.

O deyib ki, erməni xalqı bu mükafat ətrafında qurulan təbliğata aldanmamalıdır:

“Əksinə, aydın şəkildə başa düşməliyik ki, Şarl Mişelin olduğu yerdə Azərbaycanın əli var, çünki o, ədaləti, insan hüquqlarını, qanunun aliliyini və ya Aİ-nin təmsil etdiyi dəyərləri təmsil etmir. Mişel bu mükafatı Paşinyana qarşıdan gələn parlament seçkilərini dəstəkləmək üçün, xalqımızı aldatmaq və laureatı yenidən seçmək üçün gətirib”.

Seçilən
101
1
cebheinfo.az

2Mənbələr