Bakı. Trend:
Daxil olan müraciət əsasında Qida Təhlükəsizliyi Agentliyininəməkdaşları Bakı şəhəri, Suraxanı rayonu, Əmircan ştq, Q.Quliyevküçəsində fəaliyyət göstərən, fiziki şəxs Quliyev Cavanşir Tairoğluna məxsus unlu qənnadı məmulatlarının emalı və satışıobyektində yoxlama keçirib.
Trend xəbərverir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, baxış zamanı obyektin qida təhlükəsizliyiqeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi,sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu məlumolub.
Belə ki, texnoloji ardıcıllıq prinsipinə və qida məhsullarınınsaxlanma şəraitinə əməl edilmir, unlu qənnadı məhsullarıantisanitar şəraitdə emal olunur və mənşəyi məlum olmayanxammallardan istifadə edilir, qida ilə təmasda olan səthlər, işçimasalar və soyuducu rəfləri korroziyaya uğrayıb və digər nöqsanlaraşkarlanıb.
Həmçinin qutab hazırlanmasında istifadə olunan ət farşındangötürülən nümunələrin laborator müayinəsi nəticəsində mikrobiolojiuyğunsuzluq və at DNT-si müəyyən edilib.
Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtibolunub, qida məhsullarının satışı və istehsalı nöqsanlar aradanqaldırılanadək dayandırılıb.