AZ

Əfsanəvi futbolçunun qardaşı öldürülüb

BAKI, 21 yanvar. TELEQRAF

İngiltərənin "Mançester Yunayted" klubunun əfsanəvi futbolçusu Nemanya Vidiçin böyük qardaşı Duşan öldürülüb.

Teleqraf Serbiya mətbuatına istinadən xəbər verir ki, mərhumun meyiti paytaxt Belqradda tapılıb.

Faciənin baş vermə səbəbləri açıqlanmayıb. Nemanya Vidiçin özü hələlik qardaşının ölümü ilə bağlı şərh verməyib.

Duşan Vidiç qardaşının futbolçu olmasında önəmli rol oynayıb. O, yeddi yaşlı Nemanyanı yerli "Yedinstvo Ujitse" klubunda məşqə gətirib.

Qeyd edək ki, Nemanya Vidiç karyerası ərzində Serbiya və İngiltərədə bir sıra titullar qazanıb. O, 2008-ci ildə "Mançester Yunayted"lə UEFA Çempionlar Liqasının qalibi olub.

Seçilən
73
teleqraf.com

1Mənbələr