
Türkiyədə bayraq təxribatı ilə əlaqədar daha 14 nəfər saxlanılıb.
Missiyia.Az "Hürriyet"ə istinadən xəbər verir ki, bu barədə Ədliyyə naziri Yılmaz Tunç məlumat verib.
"Şanlı bayrağımız ortaq dəyərimizdir. Ona qarşı edilən hər hansı bir təxribat və ya hücum həm hüquqi, həm də siyasi cəhətdən mümkün olan ən güclü cavabla qarşılanmalıdır. Buna görə də hamımız bu məsələ ilə bağlı həssaslığımızı ən yüksək səviyyədə ifadə etdik. Lazımi məhkəmə və inzibati araşdırmalar başlanıb. Biz qanunun aliliyi ilə idarə olunan bir dövlətik və bu çərçivədə lazım olan hər şey qətiyyətlə ediləcək; heç kimin buna şübhəsi olmamalıdır. Bayrağa edilən hücum 86 milyon insana, bütün millətimizə edilən hücumdur. Bu, cəzasız qalmayacaq",-nazir vurğulayıb.
O, dövlət bayrağına qarşı hücumla bağlı istintaqın davam etdiyini bildirərək qeyd edib ki, 393 nəfər haqqında məhkəmə prosesi başlayıb və onlardan 35-i haqqında artıq həbs qərarı verilib.
İlahə Qənbərli
Missiya.Az